QOZLA, QOZLU

козлы (сидение для кучера), облучок
QOZBEL
QOZLUQ
OBASTAN VİKİ
Qozlu
Azərbaycanda Qozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Qozlu — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
Qozlu (Bostanabad)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (52 ailə).
Qozlu (Kəlbəcər)
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. == Toponimikası == XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qozlu (Laçın)
Qozlu — Azərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qozlu (Məlikan)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (67 ailə).
Qozlu borucuq
== Tərkibi == Əla növ buğda unu - 432q, xama - 200q, kərə yağı - 125q, qoz ləpəsi - 200q, şəkər tozu - 160q, bal - 40q, darçın - 2q, yumurta - 1ədəd. == Hazırlanma qaydası == Xəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Xəmirin enli tərəfinin üstünə 30 qram içlik qoyulub lentin ucları bükülərək borucuq formasına salınır. Üzərinə yumurta sarısı sürtülür. 180-200 °S-də 20-30 dəq. bişirilir. Xəmiri çox vaxt maya ilə hazırlayırlar.
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Qozlu piroq
== Lazım olan ərzaqlar == 100 q kərə yağı; 150 q şəkər tozu; 2 ədəd yumurta; 5 q qabartma tozu; 120 q buğda unu; 100 q qoz; 125 ml süd. == Hazırlanması == Yumurtanı şəkər tozu ilə çalın. Yağı əridib soyudun, çalınmış yumurtaya əlavə edin. Qozu xırda-xırda doğrayıb unla qarışdırın. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuduqdan sonra piroqu şəkər kirşanı və qozla bəzəyin.
Qozlu sucuk
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Qozlu (Ağdərə)
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. == Toponimikası == XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qozlu sucuq
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Aşağı Qozlu (Qoşaçay)
Aşağı Qozlu' (fars. گوزللوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Aşağı Qozlu (Soyuqbulaq)
Aşağı Qozlu (fars. قوزلوی سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (49 ailə).
Qozlu-şəkərli piroq
Qozlu-şəkərli piroq - şəkərli xəmirdən hazırlanmış un məmulatı. == Həmçinin bax == Piroq == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Yuxarı Qozlu (Qoşaçay)
Yuxarı Qozlu (fars. گوزللوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (21 ailə).
Yuxarı Qozlu (Soyuqbulaq)
Yuxarı Qozlu (fars. قوزلوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (68 ailə).
Qozlu-i Xaniyə (Çaypara)
Qozlu-i Xaniyə (fars. قوزلوي خانيه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).